FED.az xəbər verir ki, Boris Conson istefa verib
Yeni liderin seçilməsinə indi başlanılmalıdır.
Bu barədə Boris Conson bildirib.
“Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm”, - Conson qeyd edib.
Eləcə də bax: Boris Conson kabinetinə yeni nazirlər - TƏYİN EDİB
***
Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.
Bu barədə Baş nazirin iqamətgahından açıqlama verilib.
BBC-nin xəbərinə görə, Boris Conson nazirlərin və deputatların dəstəyini itirdikdən sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək.
Bildirilib ki, yaxın zamanda Mühafizəkarlar Partiyasına yeni lider seçilməsi üçün kampaniya başlayacaq və partiyanın oktyabrda keçiriləcək konfransında yeni Baş nazir təyin ediləcək.
Bu müddətdə isə, yəni oktyabr ayınadək Conson Baş nazir vəzifəsinin icrasını davam etdirəcək. (Apa)