Maykl Blumberq öz prezident seçkisi kampaniyasına 500 milyon dollardan çox vəsait sərf edib. Bu barədə “Advertising Analytics” şirkəti məlumat yayıb.
Eləcə də bax: Blumberq “Instagram"da reklamına -1,5 MİLYON DOLLAR XƏRCLƏDİ
FED.az xəbər verir ki, şirkətin “Twitter” səhifəsində Blumberqin bütün media üzrə sərf etdiyi ümumi məbləğin 509 milyon 512884 dollar olduğu bildirilib.
Nyu-Yorkun sabiq meri, keçmişdə respublikaçı və müstəqil siyasətçi olmuş Maykl Blumberq hazırda ABŞ prezidenti postuna Demokratlar partiyasından iddia edir. Var-dövləti 50 milyard dollar məbləğində dəyərləndirilən namizəd öz kampaniyasını müstəqil maliyyələşdirir. İndiyədək Ayova, Nyu-Hempşir və Nevada ştatlarında ilkin seçkilərdə iştirak etməyən Blumberq 14 ştatın birdən səs verəcəyi martın 3-də yaxşı nəticə göstərməyə ümid bəsləyir.
Azərtac