20 oktyabr 2023-cü il tarixində saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 78C ünvanında yerləşən “Azərtransservis” ASC-nin inzibati binasında, Cəmiyyətin növbədənkənar iclası keçiriləcək.
İclasın gündəliyində duran məsələlər aşağıdakılardan ibarətdir:
1. Cəmiyyətin mülkiyyətində və qanuni sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 78C ünvanında yerləşən qeyri-yaşayış sahələrinin istismara yararsız vəziyyətə düşmüş hissələrinin sökülməsi;
2. Cəmiyyətin mülkiyyətində və qanuni sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 78C ünvanında yerləşən qeyri-yaşayış sahələrinin istismara yararlı vəziyyətdə olan hissələrinin satılması.
“Azərtransservis” ASC-nin səhmdarları Cəmiyyətin iclasına dəvətlidirlər.