İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik-informasiya departamentinin baş analitiki Məsumə Talıbova Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri vəzifəsinə təyin olunub.
İİTKM-dən FED.az-a verilən məlumata görə, M. Talıbova Mərkəzdə 2016-cı ildən fəaliyyət göstərir. O, bu günədək mütəxəssis, analitik, baş analitik vəzifələrində çalışıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində də iş təcrübəsinə malikdir.
M. Talıbova Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, Beynəlxalq Maliyyə üzrə magistr məzunudur. Hazırda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində maliyyə sahəsi üzrə doktorantura təhsilini davam etdirir.