ABŞ senatında keçirilən səsvermə nəticəsində 1915-ci il hadisələrini soyqırım kimi tanıyan qətnamə qəbul edilib.
FED.az xəbər verir ki, senator Rob Menendez sosial media hesabında etdiyi paylaşımında qondarma erməni soyqırımını rəsmən qəbul etdiklərini bildirib.
Eləcə də bax: ABŞ Konqresi qondarma erməni soyqırımını - RƏSMİ TANIDI
Təmsilçilər Məclisindən də keçən qətnamə imzalaması üçün ABŞ Prezidenti Trampın masasına göndərilib.
Qətnamənin qəbuluna ilk sərt reaksiya Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri Fəxrəddin Altundan gəlib.
O, öz “Twitter” hesabında bildirib:
“Qəbul edilən qətnamə ikili münasibətlərimizi təhlükəyə atır. Sanksiyalar və təhdidlər milli təhlükəsizlik maraqlarımıza mane ola bilməz”.
Oxu