ABŞ Xəzinə Nazirliyi, İrandan Yəmənə silah daşıdıqları üçün İranın Mahan Hava Yolları şirkətinin 3 məsul işçisinə və "ESAIL Kargo" şirkətinə sanksiya tətbiq edib.
FED.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, "Bu qərar, Yəməndəki Husilərə göndərilən dəstəkləri kəsmək üçün ABŞ dövlətinin tətbiq etdiyi addımlardan biridir", - ifadəsi istifadə edilib.
Eləcə də bax: ABŞ üç ölkəyə qarşı sanksiya - TƏTBİQ ETDİ
ABŞ Xəzinə Naziri Steven Mnuchin isə, "İran rejimi, Suriya və Yəməndəki insani böhrana səbəb olan regional qrupları dəstəkləmək üçün aviasiya və yük sektorunu istifadə edir. Aviasiya və yük sənayesi, terroristlər tərəfindən sui-istifadə edilməmələri üçün diqqətli olmalıdır",- deyib.
Marja