Cənubi Koreyada 6 yaşlı bir uşaq Youtube hesablarından qazandığı pul ilə ailəsinə 8 milyon dollar dəyərində beş mərtəbəli bir bina alıb.
FED.az xəbər verir ki, Boram adlı 6 yaşlı qızın adına olan iki Youtube hesabı ailəsi tərəfindən idarə olunur. İlk Youtube hesabında uşağın 13.6 milyon üzvü var. Boram bu hesabında yeni satın aldığı oyuncaqları bəyənib bəyənmədiyini dilə gətirir.
İkinci Youtube hesabında isə gündəlik həyatını izləyiciləri ilə bölüşür. Boranın iki Youtube hesabında cəmi 30 milyon abunəçisi var.
Boramın videoları da izlənmə rekordları qırır. Məsələn, ən populyar videolarından birində oyuncaq maşın materiallar ilə əriştə bişirməyə çalışırdı. Həmin video 376 milyon dəfə izlənib.
Cənubi Koreyada Boranın videolarından narahat olan valideynlər də var. Xüsusilə, Boranın atasının cibindən pul oğurladığı və avtomobil istifadə etdiyi videoların digər uşaqlara mənfi nümunə oladuğu bildirilir