Biznesmen Maykl Blumberq ABŞ-da prezident seçkilərindən geri çəkilib.
FED/az xəbər verir ki, Demokratlar partiyasından namizədliyini irəli sürən Blumberq bu qərarı Donald Trampın rəqibi Co Baydenin xeyrinə qəbul edib.
Eləcə də bax: Blumberq prezidentlik kampaniyasına - YARIM MİLYARD ABŞ DOLLARI XƏRCLƏDİ
“3 ay əvvəl mən Donald Trampa qalib gəlmək üçün seçkiqabağı kampaniyaya qoşuldum. Bu gün də eyni səbəbdən – Donald Trampa qalib gəlmək üçün bu kampaniyadan çəkilirəm”, - deyə Blumberq qeyd edib.
Qafqazinfo