Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Boya istehsalçıları

  1. Ana səhifə
  2. Boya istehsalçıları
  1. Boya istehsalçıları

"Bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq, artıq bu gün istədiyimizə çatmışıq"

"Bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq, artıq bu gün istədiyimizə çatmışıq" | FED.az
17:41 19 Aprel 2022

FED.az Naxçıvanda fəaliyyət göstərən “Azelektrod” MMC-nin təsisçisi Zamin Abbasov ilə müsahibəni təqdim edir:

Eləcə də bax: Yeni zavod işə düşüb - MƏHSULLARI ƏRƏB ÖLKƏLƏRİNƏ İXRAC OLUNACAQ

 – “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyəti adından da göründüyü kimi işə ilk olaraq elektrod istehsalı ilə başlayıb. Sahibkarlığın İnkişafı Fondundan bizə böyük maliyyə dəstəyi göstərilib və 2017-ci ildən “Azelektrod” əmtəə nişanı ilə polad və dəmir qaynağı üçün 2,5, 3,2 və 4 millimetr qalınlıqda elektrodlar istehsal edirik. 2018-ci ildən isə müəssisədə “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kafel, metlax, məsaməli beton-blok, mərmər və qranit yapışdırıcıları (ağ və boz rənglərdə), kimyəvi quru qarışıqlar, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı (bütün rənglərdə) kimi tikinti işlərində çox zəruri olan məhsullar istehsal edilir. 

 – Gəlin bir az da əvvələ qayıdaq. Necə oldu ki, inşaat sektoru üçün bu məhsulları istehsal etməyə qərar verdiniz? Yəni bunun bir səbəbi olmalıdır, heç bir fikir, ideya birdən-birə yaranmır axı.

    – Doğrudur. Bu müəssisəni yaradana qədər muxtar respublikanın inşaat sektorunda, ancaq fərqli məhsulların istehsalında bir işçi kimi təcrübəmiz olmuşdu. Və mən bu işə tək başlamadım, hazırda da ortaq olaraq müəssisədə birgə çalışdığımız digər dostlarımızla belə bir istehsal sahəsi qurmağı qərara aldıq. Düşündük ki, muxtar respublikamızda tikinti sektorunda istifadə olunan elə məhsullar var ki, onların bir çoxu idxal edilir. Xüsusilə son illərdə yerli xammal potensialına əsaslanan sement, məsaməli beton, gips, alçı kimi məhsulların istehsalına başlanması bizə böyük stimul verdi ki, bu işə başlayaq. Eyni zamanda proseslərə bu tərəfdən baxırdıq ki, bu gün bizdə məsaməli beton və yaxud travertin daşlar istehsal olunursa, niyə biz onun yapışdırıcılarını kənardan almalıyıq? Və yaxud boya inşaat sektorunda ən çox istifadə olunan materialdır. Niyə biz bunu özümüz istehsal etməyək? Düzdür, onun xammalı bizdə yoxdur, ancaq özümüz istehsal etdiyimiz üçün artıq həm keyfiyyətini biləcəyik, həm də idxal məhsuldan daha ucuz olacaq. 

    – Boya istehsalı kifayət qədər diqqət tələb edən və innovativ texnologiyalardan istifadəni zəruri edən bir sahədir. Belə bir yükün altına girmək çətin olmadı ki?

    – Bunun üçün biz xeyli vaxt həm istehsal, həm də bazar araşdırmaları apardıq. Türkiyədə, dünyanın bir çox ölkələrində tətbiq olunan istehsal təcrübələrini öyrənməyə çalışdıq. Həm də iş müəyyən maliyyə vəsaiti tələb edirdi, çünki keyfiyyətli boya üçün laboratoriya analizləri tələb olunurdu. Amma bütün çətinliklərə baxmayaraq, müəssisədə yeni laboratoriya yaratdıq. Burada qabaqcıl ölkələrin cihaz və avadanlıqlarını quraşdırdıq. Hazırda istehsal etdiyimiz məhsulların keyfiyyətini yoxlamaq üçün müxtəlif testlər aparırıq. Bu testlər zamanı istehsal olunacaq boyaların özlülüyü (qatı və ya duruluğu), səthi örtmə məsrəfi, temperatura və suya davamlılığı, parlaqlığı, suyun codluğu, donma keyfiyyəti və digər amillər müəyyən edilir. Bunu da deyim ki, müəssisəmizdə izolyasiya mayeləri, tavan və plastik boyaları, həmçinin fasad üçün silikonlu, akrilik, tekstur, yəni qumlu boyaların istehsalı da həyata keçirilir. Bu gün istehlakçılara “Az-NaxKim” əmtəə nişanı ilə 3, 5, 10, 20 kiloqramlıq qablarda təqdim etdiyimiz boyalar sərfəli qiymət və yüksək qatılıq sayəsində digər boyalardan ən azı iki dəfə qənaətcildir. Artıq məhsullarımız da alıcılar tərəfindən bəyənilir. 

    – Yeri gəlmişkən siz bu boyaları satışa çıxararkən, bazarda həm ölkə, həm də xarici istehsallı boyalar artıq neçə illərdir ki, mövcud idi və bu gün də var. Rəqabətə davamlılıq baxımından hansı çətinliklərlə qarşılaşdınız? 

    – Bir məsələni qeyd edim ki, əvvəlki illərlə müqayisədə bu gün hər bir naxçıvanlı yerli məhsulun keyfiyyətinə daha çox etibar edir. Naxçıvanın sementi, priketi, gips və alçısı artıq istehlakçılara özünü təsdiq edib. Ancaq məsələ bundadır ki, heç bir müştəri illərlə aldığı markanı birdən-birə başqası ilə dəyişmir. Hətta istehlakçıları kənara qoyun, inşaat materialları satan pərakəndəçilər belə, birinci mərhələdə bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq və özümüzə çox inanırdıq. Hətta açıq demək lazımsa, məhsulun keyfiyyəti üçün sərf etdiyimiz xammalın həcmindəki qiymətin məsrəfini də nəzərə almırdıq. Çünki bir məqsədimiz var idi: üzərində Naxçıvanın adı yazılmış boyalar keyfiyyətli olmalıdır! Ona görə ki, bazara girməyin bizim üçün məqbul sayılacaq başqa bir yolu yox idi. Şükürlər olsun ki, artıq bu gün istədiyimizə çatmışıq, artıq alıcılarımız işimizə verdiyimiz dəyəri yaxşı anlayırlar.  Məhsullarımızın böyük bazarlara çıxması üçün isə, təbii ki, zamana ehtiyac var. 

    – Hazırda məhsul istehsalında hansı yenilikləriniz var?

    – Bu ildən başlayaraq istehsal sahəsini genişləndirməyə başlamışıq, indi bu sahədə işlər gedir. Yeni dəmir boyası istehsalı üçün müasir avadanlıqlarımız gəlib. Bundan əlavə, avtomobil təmirində çox istifadə olunan polyester məcununun, muxtar respublikada istehsal edilən travertin daşlarının rəngi ilə eynilik təşkil edən yapışdırıcıların istehsalına başlayacağıq. Yeri gəlmişkən, müəssisədə boya üçün rəng piqmentləri də istehsal olunur və artıq bazara çıxarmışıq. Bunu da qeyd etmək istərdim ki, sizin də bildiyiniz kimi, muxtar respublika rəhbəri daim sahibkarlara tövsiyəsində bildirir ki, rəqabətqabiliyyətli məhsul istehsal etmək və onu ixrac etmək əsas prioritetlərimizdəndir. Biz də çalışırıq ki, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirək.

    – Müəssisəniz böyük müəssisə deyil, amma istehsal var, məhsullarınız satılır. Düşünürəm ki, istehsal etdiyiniz məhsullarla muxtar respublika bazarını təmin edə bilirsiniz. Ümumiyyətlə, bu işləri görmək üçün neçə işçiniz var?

    – Müəssisədə cəmi 13 nəfər çalışır. Bu say hazırkı mərhələdə bizim üçün yetərlidir. Bunu da nəzərə alaq ki, bizim məhsulların alışında mövsümilik də var, xüsusilə qış aylarında çətinliklərimiz olur. Ancaq biz bunu nəzərə alaraq elə edirik ki, qış aylarında da müəssisəmiz fəaliyyətini dayandırmasın, işçilərimiz maddi təminat çətinlikləri ilə üzləşməsinlər.

    – Biznesdə belə bir deyim var ki, ideya və pul hər zaman tapılan şeylərdir, əsas məsələ icra etməkdir, yəni işləmək. Hiss edirəm ki, sizin kollektivdə korporativ dəyərlərin ayrıca yeri var. Məsələn, sizi və yaxud sizin kimi gənc dostlarınız olan ortaqlarınızı işçilərlə bərabər yük daşıyarkən, bəzən hər hansı bir təmizlik işləri ilə məşğul olarkən də görmək adi haldır. Mənə elə gəlir ki, burada “hər kəs sahibkar, hər kəs işçidir” prinsipi işləyir. Yanılmıram ki?

    – (Gülür). Düz fikirləşibsiniz, elə o cürdür. Bəzən cəmiyyətdə çoxları düşünür ki, sahibkar kabinetində oturmalı, tapşırıqları oradan verməli, işi oradan idarə etməlidir – bu, tamamilə yanlış yanaşmadır. Əsl sahibkarın iş saatları, bayram və istirahət günləri olmur. O ki qaldı kollektiv münasibətlərə, işçilərə dəyər vermək, mənə görə sahibkarın, hər şeydən əvvəl, diqqət etməli olduğu vacib məsələdir. Çünki bu gün istehsal etdiyin məhsul dəyər qazanırsa, bu məhsula o dəyəri verən işçidir. Bir məhsul böyük həvəslə, sevgi ilə, diqqətlə hazırlanmırsa, heç zaman sevilməyəcəkdir. Bu baxımdan kollektivimizdə çox zaman, yaxşı mənada, kimin idarəçi, kimin işçi olduğu bilinmir.

    – Mənim üçün bir də işin maraqlı tərəfi ondadır ki, siz bir neçə gənc dostunuzla müəssisədə ortaq olaraq çalışırsınız. Adətən, cəmiyyət olaraq bu cür işlərdə şəriklik məsələsinə mühafizəkar yanaşırıq. Amma düşünürəm ki, bu sahədə də uğur qazana bilmisiniz. Ona görə də sualı belə qoyuram: biznesdə ortaqlığın faydalı tərəfləri hansılardır? Elə bilirəm ki, sizin verdiyiniz cavablara tam səmimiyyətlə inanmaq olar, çünki bizə nəzəriyyədən yox, təcrübədən danışacaqsınız. 

    – Əlbəttə, mənim yeganə istinad edə biləcəyim yer təcrübədir. Söhbətin əvvəlində də vurğuladım, biz əvvəllər indiki ortaqlarımızla birgə istehsal sahəsində aylıq maaşı olan bir işdə çalışırdıq. Bir-birimizin iş üslubuna, bilik və bacarığına, nə isə öyrənməyə, onu tətbiq etməyə meyilli olduğumuza yaxından bələdçiliyimiz vardı. Elə işi quranda da malik olduğumuz bu tərəflər bizə stimul oldu. Məsələn, bu gün belə bir istehsal müəssisəsi yaratmaq istəyən şəxs ilk olaraq nəzəri baxımdan usta, laborant, mühəndis, anbardar və sair axtarmalıdır. Ancaq bütün bu sahələrdə biz özümüz özümüzü yetişdirməyə başladıq. Nəticədə, laboratoriyanı qurduqdan sonra orada yerləşdirdiyimiz cihazlardan istifadəni də özümüz öyrəndik. Bunun üçün böyük əmək sərf etdik, bəzən bir qarışığın – istər boya olsun, istər yapışqan və yaxud məcun – keyfiyyətli olması üçün aylarla zəhmət çəkdik, xarici analoji məhsulların hazırlanma metodlarını öyrəndik, o məhsullarla öz məhsullarımızın keyfiyyət müqayisəsini apardıq və sonda istədiyimizə nail olduq. Konkret olaraq, ortaqlıq məsələsinə gəldikdə isə biznes ortaqlığı da müəyyən dəyərlər üzərində qurulur. Hər hansı bir qərar veriləndə hər kəsin fikri nəzərə alınır və ən əsası, hər kəs məqsədinin nə olduğunu çox yaxşı bilir. Bizim məqsədimiz maddiyyat üzərində qurulmayıb, əgər belə olsaydı bu qədər çətin yolu birlikdə gələ bilməzdik, istər-istəməz aramızda müəyyən incikliklər yaranardı. Bizim hədəfimiz budur: elə keyfiyyətli məhsullar istehsal edək ki, bu məhsullar təkcə bizdə yox, xarici bazarlarda da etibar qazansın, hər kəs Naxçıvanda istehsal olunan məhsulu keyfiyyətin sinonimi kimi görsün. Belə olan tərzdə, təbii ki, maddi qazanc da olacaq. Yəni demək istədiyim odur ki, prosesin özü bizi çox ruhlandırır və daha yaxşısını etməyə sövq edir. 

    – Sizə uğurlar arzu edir, inanırıq ki, qarşıya qoyduğunuz hədəflərə nail olacaqsınız.

    – Sağ olun.

Banner
Banner
  • boyalar
  • satmaq
  • tərəddüd
  • iddialı
  • Azelektrod
  • Zamin Abbasov
Paylaş

Digər xəbərlər

Bakıda boya və kimyəvi məhsullar sahəsindəki Azərbaycan və Hindistan - ŞİRKƏTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB 
Boya istehsalçıları 24 Fev 2023
Bakıda boya və kimyəvi məhsullar sahəsindəki Azərbaycan və Hindistan - ŞİRKƏTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB 
“PANDA BOYA”nın yeni siması – “Ulduz səfir” kimdir? - VİDEO
Boya istehsalçıları 5 May 2021
“PANDA BOYA”nın yeni siması – “Ulduz səfir” kimdir? - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Moskvada Horadiz-Mehri-Ordubad dəmir yolunun bərpası üzrə - ANLAŞMA ƏLDƏ OLUNUB
    00:10 3 İyun 2023
  • Teymurilər dövlətinin rüşvətxor vəzirləri və məmurları – KORRUPSİYA TARİXİ
    23:59 2 İyun 2023
  • Xalq Cümhuriyyətindən Heydər Əliyevə qədər, «Farman-4»dən «Aerobus 380»ədək – BAKI HAVA LİMANININ TARİXİ
    23:39 2 İyun 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT - VAKANSİYA
    22:24 2 İyun 2023
  • "Başak Group" işçilər axtarır - MAAŞ 700-1000-1500 MANAT - VAKANSİYALAR
    22:18 2 İyun 2023
  • "VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    22:15 2 İyun 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    22:07 2 İyun 2023
  • "Zirinc Group" işçi axtarır - VAKANSİYA
    22:02 2 İyun 2023
  • "Bravo" işçi axtarır - VAKANSİYA
    21:59 2 İyun 2023
  • "Leobank" işçi axtarır - VAKANSİYA
    21:55 2 İyun 2023
  • Türk Dövlətləri Qiymətləndiricilər Birliyi – TƏSİS EDİLDİ
    18:55 2 İyun 2023
  • «Mover» MMC-nin sahibinin video çıxışı ilə bağlı – GÖMRÜKDƏN AÇIQLAMA
    18:47 2 İyun 2023
  • “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin - SƏHMDARLARININ NƏZƏRİNƏ
    18:46 2 İyun 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:10 2 İyun 2023
  • “Günay Bank”ın əmanətçilərinə kompensasiyalar - "Bank Respublika" VASİTƏSİLƏ ÖDƏNİLƏCƏK
    18:01 2 İyun 2023
  • Azərbaycanda çıxarıla bilən qaz ehtiyyatlarının həcmi - MƏLUM OLDU
    17:55 2 İyun 2023
  • "Azərbaycan Aqroturizm Assosiasiyası" yaradılıb - FOTOLAR
    17:49 2 İyun 2023
  • Paşinyan sabah Ərdoğanın andiçmə mərasimində- İŞTİRAK EDƏCƏK
    17:45 2 İyun 2023
  • KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR
    17:40 2 İyun 2023
  • “Rabitəbank”da - DAHA BİR TƏYİNAT
    17:36 2 İyun 2023
  • Mikayıl Cabbarov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO
    17:33 2 İyun 2023
  • Ərdoğan iqtisadiyyatı yenidən ona - HƏVALƏ EDƏCƏK?
    17:23 2 İyun 2023
  • Azərbaycanın iri ticarət şəbəkələrinin – DÖVRİYYƏSİ MƏLUM OLDU – SİYAHI
    17:19 2 İyun 2023
  • “Rabitəbank”da İcraçı direktor vəzifəsinə - TƏYİNAT OLUB
    17:15 2 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR VƏFAT ETDİ
    17:12 2 İyun 2023
  • Dövlət Xidmətində Dünya Bankının nümayəndələri ilə görüş - FOTOLAR
    17:03 2 İyun 2023
  • "Aqrosam" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:55 2 İyun 2023
  • Ermənilərin Xocalıda qanunsuz hərbi təlimləri davam edir - VİDEO
    16:48 2 İyun 2023
  • “OBA” “Şən startlar”ın yanında… - FOTOLAR
    16:44 2 İyun 2023
  • Rabitəbank “Xilaskar” esse müsabiqəsilə bağlı tələbələrlə sessiya - TƏŞKİL EDİB
    16:38 2 İyun 2023
  • Bakı Metropoliteni -TENDER ELAN EDİR
    16:30 2 İyun 2023
  • Azərbaycanda “Avro-5” dizel yanacağı - İSTEHSALINA BAŞLANILIB
    16:29 2 İyun 2023
  • Dövlət qurumlarının borcları - LƏĞV EDİLƏCƏK?
    16:18 2 İyun 2023
  • Şərurda yeni Günəş Elektrik Stansiyası - İSTİFADƏYƏ VERİLDİ
    16:11 2 İyun 2023
  • SOCAR-ın xarici ölkələrdəki layihələr üzrə sərmayəsi - 20 MİLYARD DOLLARA ÇATDI
    16:02 2 İyun 2023
  • Prezidentdən Daxili İşlər Nazitliyi haqqında fərman - YENİ BAŞ İDADƏ YARADILDI
    15:50 2 İyun 2023
  • Daşkəsəndə abadlıq-quruculuq işlərinə 226 min manat xərclənəcək
    15:47 2 İyun 2023
  • Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
    15:47 2 İyun 2023
  • Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu - TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    15:36 2 İyun 2023
  • Mikayıl Cabbarov BP-nin vitse-prezidenti ilə əməkdaşlıq imkanlarını - MÜZAKİRƏ EDİB
    15:30 2 İyun 2023
  • "Binəqədi Oyl Kompani" Binəqədi Qəsəbə Bələdiyyəsini məhkəməyə verib
    15:26 2 İyun 2023
  • Naxçıvanda mayda 1 000-ə yaxın daşınmaz əmlak obyekti - DÖVLƏT QEYDİYYATINA ALINIB
    15:25 2 İyun 2023
  • “Kontakt”da 50%-dək endirimli “Sevinc cərəyanı” başladı + “ŞEŞ-QOŞA”AT ELEKTROMOBİL APARMAQ ŞANSI
    15:14 2 İyun 2023
  • “Azercell Telekom” MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
    15:13 2 İyun 2023
  • Məhərrəm ayı və Aşura gününün vaxtı - AÇIQLANDI
    15:09 2 İyun 2023
  • Ağdamda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı daha bir - BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR
    15:07 2 İyun 2023
  • Şuşaya iyun ayı üzrə avtobus biletlərinin - HAMISI SATILDI
    15:03 2 İyun 2023
  • ABB-nin Əhmədli filialı - FƏALİYYƏTƏ BAŞLADI
    14:56 2 İyun 2023
  • "Fiber Karton" şirkəti məhkəməyə verilib
    14:52 2 İyun 2023
  • Nazir: "5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub"
    14:52 2 İyun 2023
  • Nazir: "Gömrük rüsumundan azadolmalar kifayət qədər çoxdur"
    14:48 2 İyun 2023
  • Ağdamda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı - BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR
    14:45 2 İyun 2023
  • SOCAR və CEZ-in potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib - FOTOLAR
    14:44 2 İyun 2023
  • Təcili: Dövlət xətti ilə xaricdə təhsil proqramının – MÜDDƏTİ UZADILDI
    14:42 2 İyun 2023
  • Avropa Mühasiblər və Auditorlar Federasiyasının növbəti Şura iclası Bakıda keçiriləcək
    14:37 2 İyun 2023
  • Dövlət sektorunda çalışanların sayı azaldıla bilər - NAZİRDƏN AÇIQLAMA
    14:36 2 İyun 2023
  • Nazir: "Sosial müavinətləri və əməkhaqlarını artıraraq inflyasiyanı üstələməyə çalışdıq"
    14:33 2 İyun 2023
  • 843 minlik tender "AE Union" şirkətinə verildi - NƏTİCƏ
    14:32 2 İyun 2023
  • Rusiya "Türk axını" ilə qaz nəqlini - MÜVƏQQƏTİ DAYANDIRIR
    14:29 2 İyun 2023
  • Komitə sədri məcburi köçkünlər üçün tikilən evlərin yataqxanalarda yaşayanlara verilməsini - TƏKLİF EDİR
    14:25 2 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!