"Crop Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “Agro Food İnvestments” MMC-yə qoşulur.
FED.az xəbər verir ki, “Agro Food İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti “Crop Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
“Azmade Group” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Crop Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir.
Xatırladaq ki, “Crop Agro” MMC bu ilin fevral ayının 13-də yaradılıb, nizamnamə kapitalı 56 milyon 840 min 015 manatdır. Qanuni təmsilçisi Fərid Əhmədov Rafiq oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. ev123 ünvanıdır.
“Agro Food İnvestments” MMC 8 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 224 milyon 307 min 487 manatdır və qanuni təmsilçisi Vahid Novruzov Vaqif oğludur.