“Glolynx Azərbaycan” MMC (VÖEN: 1503971131) nizamnamə kapitalını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 170 min manat azaldılaraq 330 min manat həcmində saxlanılır.
Qeyd edək ki, “Glolynx Azərbaycan” MMC quruda və dənizdə aparılan əməliyyatlarda quyu icrasını təmin etmək üçün inteqrə qazma xidmətləri təqdim edir. Şirkət aparıcı beynəlxalq neft-xidmət şirkətləri ilə əməkdaşlıq edir və Azərbaycanda yerli mühəndislik və əməliyyat iştirakını saxlayır.
Məlumat üçün bildirək ki, bu şirkət 2018-ci ildə yaradılıb. Qanuni təmsilçisi Səlimov Samir Şaiq oğlu olan şirkət Bakı şəhəri, Nərminaov rayonu, Ziya Bünyadov ev.5, məhəllə 1965 hüquqi ünvanında yerləşir.















