"Gözəllik" ASC səhmdarlarının növbəti ümumi yığıncağı 5 aprel 2024-cü il saat 11:00-da keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Ləğvetmə komissiyasının yaradılması .
3. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.
4. Cəmiyyətin müşahidə şurasının və icra orqanının səlahiyyətlərinə xitam verilməsi.
5. Digər məsələlər.
Ümumi yığıncaq Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanında keçiriləcəkdir.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00- dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər. Əlaqə nömrəsi: 99470-306-66-98