2023-cü ilin yanvar-avqust ayları ərzində 68,1 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 7,5 milyon dollar və ya 12,3% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 61,1 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.