“Cahan Holdinq”in Audit departamentinin rəhbəri işdən ayrılıb.
Azərbaycanda iri holdinqın - RƏHBƏRİ DƏYİŞDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Cahan Holdinq”in Audit departamentinin rəhbəri Fariz Tapdıqlı vəzifəsini tərk edib.
Onun yerinə hələ ki təyinat olmayıb.
Xatırladaq ki, hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.