Yeni ildən etibarən Azərbaycanda siqaretlərin qiyməti artıb.
FED.az xəbər verir ki, markasından və qiymətindən asılı olmayaraq siqaretlərin hər qutusunun qiyməti 10 qəpik artıb.
Azərbaycanda hansı ərzaq - NƏ QƏDƏR BAHALAŞIB? – TAM SİYAHI - QİYMƏTLƏR
Məsələn, indiyədək 3,5 manata satılan «Vinston» siqaretinin qutusu 3,6 manata qalxıb.
Kent siqaretinin qutusu 3,7 manatdan 3,8 manata yüksəlib.
«Sobraniye» siqareti isə 3,9 manatdan 4 manata yüksəlib.
Gəlir vergisində 75%-lik güzəşt - KİMLƏR ÜÇÜN LƏĞV EDİLİR? - İZAHAT
Satış şəbəkələri siqaretin bahalaşmasının səbəbini açıqlamayıblar. Bununla yanaşı, qeyd edək ki, yeni ildən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, siqaretlər üçün aksiz vergiləri artaraq 1000 ədəd üçün 35 manatdan, 38,5 manata yüksəlib.