28 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının təşəbbüsü və təşkilatçılığı əsasında Qazaxıstanın Astana Maliyyə Mərkəzinə bağlı Yaşıl Maliyyə Mərkəzinin nümayəndələri təqdimatla çıxış ediblər.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının üzvü olan İnvestisiya Şirkətləri iştirak ediblər.
Təqdimat kapital bazarı iştirakıları tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələr aparılıb.
Bakı Fond Birjası beynəlxalq maliyyə institutları ilə müntəzəm şəkildə əməkdaşlıq etməkdədir. Bakı Fond Birjasının 2023-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən kapital bazarı barəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə müntəzəm əməkdaşlıqlar aparılması prioritet məsələlər arasında yer alır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.