21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000.00 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
Eləcə də bax: Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi - İMZALAYIB
FED.az xəbər verir ki, 2022-ci ilin 10 avqust tarixinədək abunə yazılışı həyata keçiriləcəkdir. Bakı Fond Birjasının ticarət qaydalarına əsasən abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində qiymətli kağızların ticarəti baş tutacaqdır. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
“Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlərlə bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Qiymətli kağızın növü və forması |
Qiymətli kağızların sayı |
Nominal Dəyəri |
AZ1003002024 |
Adi adlı sənədsiz səhm |
4,375,000 (ədəd) |
2.72 manat |
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.