Son bir ay ərzində Türkiyədə dolların məzənnəsi 3%-ə yaxın bahalaşıb.
FED.az xəbər verir ki, yanvarın 20-dən fevralın 20-dək olan müddətdə Türkiyədə dolların lirə qarşısında məzənnəsi 5,9156 lirədən fevralın 20-də 6,0893 lirəyə yüksəlib – artım 2,84%.
Qeyd edək ki, türk lirəsi onsuz da geosiyasi gərginlik (Türkiyənin Suriyada əməliyyata başlaması, buna görə əvvəl ABŞ sonra isə müttəfiqi Rusiya ilə problem yaşaması) və koronavirusla bağlı təzyiq altında idi – ölkədəki iqtisadi artım və investisiya çıxarılışı ilə bağlı problemlər vardı. Ona görə də ilin əvvəlindən dolların məzənnəsi tədricən yüksəlirdi.
Ötən gün Türkiyə Mərkəzi Bankının faizləri bir daha endirməsi isə dolların aha sürətli bahalaşmasına səbəb olub.
Nəticədə fevralın 19-u gecə lirə 6,10 dollar/lirə məzənnəsinədək geriləyib, indi isə dolların məzənnəsi 6,08-6,09 lirə arasında dəyişir.