RF Mərkəzi Bankı Türkiyəyə Rusiya maliyyə bazarında rublda istiqraz yerləşdirməyi təklif edib.
FED.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Bankının strateji layihələrin icrası idarəsinin müdir müavini Vladimir Şapovalov verib.
V.Şapovalov bildirib ki, bununla bağlı məsələ müzakirə olunub. Türkiyə iqtisadiyyatının çətin vəziyyətdən çıxması üçün bu variant uğurlu ola bilər. Belə ki, hazırda lirənin məzənnəsi ucuzlaşıb, inflyasiya artıb, Türkiyə Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini artırmağa hazırlaşır.
TCMB rəhbəri Murat Çətinkaya lirənin ucuzlaşmasının qarşısını almaq üçün monetar siyasətin sərtləşdirilməsinin zəruriliyini bildirdikdən sonra lirə bir qədər möhkəmlənib. Qeyd edək ki, Türkiyə prezidenti dəfələrlə faizlərin aşağı salınmasının, yumşaq monetar siyasətin tərəfdarı olduğunu vurğulayıb.
Eləcə də bax: SOCAR İstiqrazları 120 milyon dolları keçdi – QİYMƏTLƏR ARTDI