“Bakı Fond Birjası” (BFB) QSC və beynəlxalq investisiyaların idarə edilməsi təşkilatı “CFA Institute” və onun tərkibində fəaliyyət göstərən “CFA Society Istanbul” arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Azərbaycanda notların yeni Buraxılış Şərtləri - TƏSDİQLƏNDİ
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədi "CFA Society Istanbul"un prezidenti Alper Alkan və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar.
Anlaşmanın əsas məqsədi “CFA Society Istanbul”, “CFA Institute” və Bakı Fond Birjası arasında əməkdaşlıq platforması yaradaraq maliyyə sektorunda təcrübə, təlim və bilik mübadiləsini təşviq etməkdir.
"Bu əməkdaşlıq Türkiyə və Azərbaycanın maliyyə və kapital bazarlarının inkişafına töhfə verəcək", - deyə R. Xəlilov bildirib.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində tərəflər maliyyə sektorunda peşəkar kadrlar bazasının yaradılması, inkişaf və təlim proqramları, qabaqçıl təcrübələri dəstəkləmək üçün birgə fəaliyyət həyata keçirməyi planlayırlar. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.