Qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarının qiyməti kəskin artıb. FED.az xəbər verir ki, son günlər istiqrazlara artan tələbat nəticəsində onların qiymətində də ciddi yüksəliş baş verib. Nəticədə qısa zamanda istiqrazların qiyməti 1020 dolları keçib. İstiqrazların marketmeykeri olan «PSG Kapital» investisiya şirkətindən verilən məlumata görə, hazırda birjada SOCAR İstiqrazlarının alış qiyməti 1006-1007 dollar, satış qiyməti isə 1 020-1 026 dollar arasında dəyişir. Bu, istiqrazların qiymətinin indiyədək qeydə alınan ən yüksək qiymətidir.
Hazırda SOCAR İstiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1020 dollardan aşağı satmaq istəmirlər.
Xatırladaq ki, SOCAR İstiqrazlarının nominal qiyməti 1000 dollar, onların dollarla illik gəlirliyi 5% və ya hər istiqraza görə 50 dollar təşkil edir. Bu, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır. İstiqrazlar üzrə faizlər ildə 4 dəfə ödənilib. 2017-ci ildə faizlər 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabrda ödənilib.
SOCAR İstiqrazlarının qiyməti - REKORD HƏDDƏ
12:44
9 Dek 2017