16 avqust 2022-ci il saat 11.00-da “Səbail Bazar “ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasda müzakirə ediləcək əsas məsələ, ASC-nin idarəetmə orqanlarının seçilməsidir.
Ümumi yığıncağın gündəlyinə aid materiallarla tanışlıq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar. Səhmdarlara təklif edilir ki, göstərilən tarixdə koronavirus və ya hər hansı digər səbəbdən məhdudiyyətlər yaranarsa, qeyd olunmuş telefonla əlaqə saxlayaraq kod və linki öyrənib yığıncaqda online iştirak etmək mümkündür. Əlaqə telefonu- +99455- 389- 33- 33.
Ünvan-Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6.