22 iyul 2024-cü il saat 12:00-da “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin (VÖEN: 9900028131) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin akt zalı ünvanında baş tutacaq.
Gündəlikdə olan məsələlər. aşağıdakılardır
1. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi;
2. Hüquqi ünvanın dəyişməsi ilə əlaqədar yeni redaksiyada nizamnamənin hazırlanması;
3. Dövlət qeydiyyatı məlumatlarında və cəmiyyətin nizamnaməsində baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi;
4. Digər məsələlər.
Yığıncaqda iştirak etmək niyyəti olan səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı tələb olunur.