"Unicapital İnvestisiya Şirkəti" ASC-nin 2025-ci ilin yanvar-aprel ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 867,9 milyon manat olub.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 9,6 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 55,7 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 325,7 milyon manat, səhmləri üzrə dövriyyəsi 1,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 475,6 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə korporativ istiqrazları üzrə dövriyyə 17,1% (47,7 milyon manat), səhm üzrə dövriyyəsi 1,1 milyon manat (6 dəfə) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 769 ədəd və ya 52% artaraq 2 min 249-a yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.