4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ("Sizin Lombard" ticarət nişanı) ümumi dəyəri 425 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Sizin Lombard”ın 1.5 mln. dollarlıq istiqrazları listinqə - DAXİL EDİLDİ
Bu barədə FED.az-a Bakı Fond Birjasından bildirilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 425 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12%, ödəmə periodu ayda bir dəfə, tədüvül müddəti 5 ildir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bank “GL” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 3025 ədəd istiqrazını dövlət qeydiyyatına alıb. Bakı Fond birjası şirkətin 3 milyon 25 min manatlıq istiqrazının 425 min manatlıq hissəsini listinqə daxil edib. Qalan hissə mərhələli şəkildə yerləşdiriləcək.
Bundan əvvəl "Sizin Lombard" şəbəkəsini idarə edən "GL" ASC illik faiz dərəcəsi 15% olan 1,5 milyon dollarlıq istiqraz buraxıb və tam yerləşdirilib.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur. "GL" ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən hüquqi şəxsdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.