Bu ilin yanvar-sentyabr aylarında “İnno Kapital İnvestisiya Şirkəti” QSC-nin dövlət istiqrazları ilə dövriyyəsinin həcmi 13,1 milyon manat olub.
İnvestisiya şirkətlərinin dövriyyənin dinamikası üzrə - RENKİNQİ - (YANVAR-SENTYABR/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövlət istiqrazları ilə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nəzərən 4,3 milyon manat, yaxud da 24,7% azalma olub.
Bundan başqa, şirkətin korporativ istiqrazlarla dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 8,1 milyon manat və ya 13,7% azalaraq 50,9 milyon manata düşüb.
Xatırladaq ki, ötən ilin ilk 9 ayında şirkətin dövlət istiqrazları ilə dövriyyəsinin həcmi 17,4 milyon manat, korporativ istiqrazlarla dövriyyəsinin həcmi 59 milyon manat olmuşdu.














