01.08.2024-cü il tarixdə səhmdarlarının "Hacıqabul-Kəndkimya" ASC-nin növbədənkənar yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda səhmdarların və onların pay nisbətinin dəyişdirilməsi ilə əlaqədar bir sıra məsələlərin müzakirəsi və hüquqi şəxsin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi nəzərdə tutulur.
"Hacıqabul-Kəndkimya" ASC-nin hüquqi ünvanında (AZ2415, Hacıqabul Rayonu, Muğan ŞTQ) keçiriləcək yığıncaqda səhmdarların iştirak etməsi tələb olunur.