“Azfinance Investisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən, bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətləri göstərən Listinq Məsləhət Proqramına (LMP) qoşulub.
Eləcə də bax: BFB-nin dövriyyəsi kəskin artıb - CƏDVƏL
FED.az xəbər verir ki, bu barədə Birjanın açıqlamasında bildirilir.
Xatırladaq ki, LMP ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir.
“Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.