Oktyabrın 7-də birjalarda qızılın qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, bu investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi siyasəti ilə bağlı gözləntiləri ilə bağlıdır.
Qəticədə spot qızıl 0,3 faiz azalaraq unsiyası 4150,23 dollara (qramı 133,8 dollara) düşüb. ABŞ qızıl fyuçersləri də 0,2 faiz azalaraq 4177,60 dollara (qramı 134,7 dollara) düşüb.
Ənənəvi olaraq dolların faiz dərəcəsi artırılandı qızıl ucuzlaşır.
Dünən isə bununla bağlı yenisiqnallar verilib. San Fransisko Fed-in prezidenti Meri Deyli bildirib ki, faiz dərəcələrinin daha da artırılmasına ehtiyac olub-olmaması əsasən inflyasiyanı idarə edən amillərin müvəqqəti və ya daimi olmasından asılıdır, Kanzas Siti Fed-in prezidenti Ceff Şmid isə inflyasiyanı aşağı salmaq üçün faiz dərəcələrinin daha da artırılmasının zəruri olduğunu bildirib.
Bu proseslərə baxmayaraq İtaliyanın Sorrento şəhərində keçirilən London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) illik konfransında iştirak edən nümayəndələr qızılın qiymətinin növbəti 12 ay ərzində unsiya üçün 5013 dollara (qramı 161,7 dollara) çata biləcəyini proqnozlaşdırıblar.
Digər qiymətli metallara gəlincə - spot gümüş təxminən 1 faiz azalaraq 61,12 dollara, platin isə 0,2 faiz artaraq 1704,25 dollara çatıb. Lakin palladium 0,3 faiz azalaraq 1168,20 dollara düşüb.














