ABŞ Mərkəzi Bankı (FED) pul siyasətini yumşaltmaq dövrünə 0,50 faiz bəndi endirimlə başlamasından sonra qızılın qiyməti yeni rekord həddə çatdıb.
FED.az xəbər verir ki, həftənin son ticarət günündə qızılın bir unsiyası 2606 dollara satılır. Bakı vaxtı ilə saat 12:24-də qızıl 0,8% bahalaşma ilə 2606,73 dollardan ticarət olunub.
Çərşənbə günü FED-in aqressiv olaraq görülən yarım bəndlik faiz endiriminin ardından qızılın qiyməti 2600 dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.
Qiymətli metal bu il 20 faizdən çox bahalaşıb. Qızılın artım tendensiyasını dəstəkləyən digər amillərə mərkəzi banklardan və Çin istehlakçılarından alışların artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələr daxildir.
Qeyd edək ki, ABŞ-ın beynəlxalq investisiya bankı nəhənglərindən biri olan "Goldman Sachs" qızılın unsiyaslnın qiymətinin gələn ilin əvvəlində 2700 dollara çatacağını proqnozlaşdırdığını açıqlayıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.