Bu həftə dünya birjalarında qızılın qiyməti növbəti rekord vurub.
FED.az xəbər verir ki, ilk dəfə olaraq qiymətli metalın qiyməti 2500 dolları keçib.
ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini sabit saxlamaq barədə qərarından sonra qızlın qiyməti daha bir psixoloji həddi keçib.
Belə ki, avqustun 1-də «Comex» birjasındakı hərracların gedişində (bu Nyu-York əmtəə bitrjasının bir bölməsidir) ilk dəfə olaraq qızılın qiyməti 2500 dolları keçərək əvvəlcə 2501 dollar, daha sonra 2502 dollar olub. Sonradan qızılın qiyməti sabitləşib və 2500 dollardan aşağı düşüb, hazırda sarı metalın 1 unsiyasının qiymə 2470 dollar ətrafında dəyişir.
Qeyd edək ki, bu həftənin əvvəlində – iyulun 31-də FED-in qərarı ilə baza uçot dərəcəsi dəyişmədən 5,25-5,5% aralığında saxlanılıb.
Ümumilikdə, son bir ayda qızılın unsiyasının qiyməti təqribən 90 dollar və ya 3,8%, son bir ildə 510 dollar və ya 26% bahalaşıb.