Comex birjasında qızıl fyuçersinin qiyməti avqustun 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 4 450 dollardan aşağı düşüb.
FED.az xəbər verir ki, bunu birja məlumatları göstərir.
Bakı vaxtı ilə saat 06:48-ə olan vəziyyətə görə, qızılın qiyməti 1,86% ucuzlaşaraq bir troya unsiyası üçün $4 445,6 təşkil edib.
Saat 06:59-a qədər ucuzlaşma 1,27%-ə qədər yavaşlayıb, fyuçersin qiyməti isə bir troya unsiyası üçün $4 472,4-ə çatıb.













