Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.
FED.az xəbər verir ki, fevralın 19-da əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.
Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.