Mayın 2-də dünya bazarlarında qızılın qiyməti bir qədər də artaraq 3,254.26 dollar səviyyəsinə çatıb.
Bitcoin yenidən yüksəlişdə, qiymət 97 min dollara yaxınlaşdı - DETALLAR
FED.az xəbər verir ki, bu əvvəlki günlə müqayisədə 36.77 dollar və ya 1.14 faiz artım deməkdir. Analitiklər bu yüksəlişi həm bazardakı nikbin gözləntilərlə, həm də ABŞ dollarının nisbi zəifləməsi ilə əlaqələndirirlər.
Qızılın yalnız bugünkü deyil, uzunmüddətli performansı da diqqət çəkir. Son bir ayda qiymətdə 114.47 dollar və ya 3.69 faiz, son altı ayda isə 479.81 dollar və ya 17.53 faiz artım müşahidə olunub. Son bir il ərzində isə qızıl 915.09 dollar bahalaşıb ki, bu da 39.75 faiz yüksəliş deməkdir. Beş illik dövrdə artım 1,513.77 dollar, iyirmi il ərzində isə tam 2,789.15 dollar təşkil edib ki, bu da 651.16 faiz deməkdir.
Belə davam edərsə, qızılın qiyməti yaxın aylarda 3,300 və hətta 3,500 dollara qədər yüksələ bilər. Hazırkı artım tempi və iqtisadi fond risklərin azalmadığını göstərir və bu da fiziki aktivlərə, xüsusilə də qızıla olan tələbi gücləndirir.
Qızılın bu yüksəlişi eyni zamanda digər qiymətli metallara da təsirsiz ötüşmür. Gümüş də oxşar tendensiyanı izləyərək 32.63 dollar səviyyəsinə çatıb və bu da 0.41 dollar və ya 1.26 faiz artım anlamına gəlir.
Mütəxəssislər hesab edirlər ki, investorların qızıla olan marağı yaxın aylarda da davam edəcək və bu, qiymətlərdə yeni rekordların şahidi ola biləcəyimizə işarədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.