İnvestorlar ABŞ-da iqtisadi siyasətə əhəmiyyətli təsir göstərə biləcək noyabrın 5-də prezident seçkilərini gözlədikləri üçün qızıl bahalaşır.
Azərbaycanın bu il qızıl ixracından qəlirləri 13% artıb
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, qızıl həftənin ilk ticarət günündə bir unsiya üçün 2741 dollara satılır (+0,14%).
Prezidentliyə namizəd Donald Tramp, inflyasiyaya təkan verə və qiymətli metala tələbi artıra biləcək idxal tariflərində böyük artım vəd edir.
FED-in seçkilərdən sonra, bu həftə (7 noyabrda) faiz dərəcələrini 0,25 faiz bəndi aşağı salacağı gözlənilir. Daha yüksək dərəcələr faizsiz qızılın qiymətinə aşağı yöndə təzyiq edirdi.
Pul siyasətinin yumşaldılması, mərkəzi bankın alışları və artan geosiyasi gərginlik nəticəsində qızıl bu il təxminən 30 faiz bahalaşıb. (Marja)