Amerika fond bazarında Dow Jones indeksi 0,17% - 23 422,21 bəndədək, S&P 500 0,09% - 2 582,30 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,01% - 6 750,94 bəndədək bahalaşıb. Ümumilikdə son bir ayda Dow Jones indeksi 2,4%, S&P 500 indeksi 1,14%, NASDAQ indeksi isə 2,2% yüksəlib.
FED.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 7 432,99 bəndədək, Almaniya DAX-ı 0,42% - 13 127,47 bəndədək, Fransa CAC-40-ı isə 0,50% - 5 380,72 bəndədək ucuzlaşıb. Son bir ayda FTSE 100 indeksi 1,36% azalıb, DAX indeksi 1,04% CAC-40 indeksi isə 0,54% artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,30 dollar azalaraq 1 274,20 dollara, gümüşün qiyməti isə 0,10 dollar azalaraq 16,87 dollara satılıb. Ümumilikdə son bir ildə qızılın unsiyasının qiyməti 1224-dan 1274 dollara yüksəlib. Bu dövrdə ən yüksək qiymət sentyabrın 8-də qeydə alınıb - 1351 dollar. O vaxtdan keçən iki ay ərzində qiymət 5,7% ucuzlaşıb.
Qızıl 13 dollardan çox ucuzlaşıb
09:44
11 Noy 2017