21 avqust 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Merano-Baku” ASC-nin ümumi dəyəri 100 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
“Merano-Baku” manatla - İSTİQRAZ BURAXIR
FED.az xəbər verir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qəbər verdiyimiz kimi, qida məhsulların idxalını və satışını həyata keçirən “Merano-Baku” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 100 min manat artırılır. Şirkət hər birinin nominal dəyəri 10 000 (on min) manat olan 10 (on ədəd) ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib. Əgər “Merano-Baku” ASC-nin səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 min manatdan 200 min manata yüksələcək.
“Merano-Baku” ASC-nin səhmlərinin 100%-i Əsgərov Namiq Xanış oğluna məxsusdur.
“Merano-Baku” ASC-nin xalis mənfəəti 2020-ci ildə 399 min 735 manat, 2021-ci ildə 1 milyon 822 min 307 manat, 2022-ci ildə isə 3 milyon 29 min 190 manat təşkil edib.
Ümumilikdə 25 kateqoriya üzrə 480 çeşiddən çox məhsulun satışını təşkil edən “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri,konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.