Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan manatı ilə emissiya etdiyi istiqrazlar 730 gün müddətində dövriyyədə olacaq.
Eləcə də bax: SOCAR İstiqrazlarının sahibləri - 13.75 MİLYON DOLLAR QAZANDI
Bu barədə FED.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Palatadan bildirilib ki, yeni istiqraz partiyası nominal qiyməti 1000 manat olan 10 min ədəd istiqrazdan ibarət olacaq. İstiqrazarın illik gəlirliliyi 9,25% olacaq. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
Yeni istiqrazları həm hüquqi, həm də fiziki şəxslər ala biləcək. İstiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında satılacaq.
Qara Dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazının – GƏLİRLİYİ AÇIQLANIB
17:06
17 İyul 2019