Bolqarıstan hüquq-mühafizə orqanları qaçaqmalçı şəbəkəni ifşa edərək cinayətkarlardan 3 milyard dollar dəyərində 200 min bitkoin müsadirə edib.
“Coindesk” saytının yazdığına görə, dəstə üzvləri kompüter virusu ilə sərhədçilərin kompüterlərini yoluxduraraq ölkəyə rüsum ödəmədən mal keçirirmiş. Bu yolla onlar milyonlarla dollar qazanıblar.
Hüquq-mühafizə orqanları ümumilikdə 23 nəfəri həbs edib. Onlarda müxtəlif avadanlıqlar, cihazlar və bank sənədləri aşkarlanaraq götürülüb. Müsadirə olunanlar arasında 200 min bitkoin də var.
lenta©