Azərbaycanda pulu hansı maliyyə alətinə yatıranda daha çox gəlir götürmək olur.Bəs bu alətlər nə qədər etibarlıdır?
FED.az xəbər verir ki, kapital bazarları üzrə ekspert, «PSG Kapital» investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli maliyyə alətlərinin illik gəlirliyini açıqlayıb.
Dövlət istiqrazları (AZN) - 14%
Mərkəzi Bankın Notları (AZN) - 14%
Metak istiqrazları (AZN) - 14%
Bank əmanətləri (AZN) 10%,
Bank əmanətləri (USD) 2%
Dövlət avrobondlari (USD) - 4,1%,
SOCAR İstiqrazları (USD) - 5%
«Unibank» istiqrazlari (USD) - 6% təşkil edir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, sadalanan qiymətli kağızlar içərisində yalnız SOCAR İstiqrazları üzrə nominal qiymətə geri alma zəmanəti var. Nəticədə, SOCAR İstiqrazlarının qiyməti heç vaxt nominal qiymətdən (1000 ABŞ dolları) aşağı enmir və onları dərhal pula çevirmək mümkündür.
Pulu hansı maliyyə alətinə yatırmaq daha sərfəlidir – GƏLİR FAİZLƏR
18:04
20 Dek 2017