Bakı Fond Birjasında 2020-ci ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyard 902 milyon 26 min 738 manat təşkil etmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 47%, korporativ qiymətli kağızlar bazarı üzrə 89%, repo əməliyyatları üzrə isə 92%, səhmlər üzrə ilkin bazarda 71 misli, səhmlər üzrə təkrar bazarında isə 9 misli qədər böyümə qeydə alınmışdır.
2020-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 957 milyon 888 min 532 manat təşkil etmişdir.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi (2020-ci ilin yanvar-dekabr ayları üzrə) də açıqlanıb.