Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100365S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 763 660 900 manat təşkil edib. Bununla da notların hamısı yerləşdirilib.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 20 dekabr 2017-dir.