28 iyun 2024-cü il saat 11.30-da “Nəsimi Məişət Malları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq “ Şüşəplastmas “ ASC-nin yerləşdiyi ünvanda (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24) ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi.
2. Mənfəətin istifadəsi məsələsinin müzakirəsi.
3. “ Nəsimi Məişət Malları “ ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə (012) 496 -43-72 nömrəli telefonla əlaqə saxlayıb və yaxud cəmiyyətin ünvanında tanış olmaq mümkündür.