Dünya bazarında neftin ucuzlaşması davam edir.
FED.az xəbər verir ki, yanvarın 31-də London birjasında keçirilən hərracların gedişində Brent neftinin aprel ayı üzrə müqavilə qiyməti $55,93-ə düşüb. Bu 2019-cu ilin avqustundan indiyədək ən aşağı qiyət idi. Sonradan qiymətlər bir qədər yüksəlib və $58,16-da sabitləşib. Bu əvvəlki günün qiymətindən 0,13 dollar və ya 0,22% aşağıdır.
ABŞ-dakı hərraclarda isə WTI markalı neftin bareli 1,11% azalaraq $51,56-ya enib.