ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,42% azalaraq 1 barelə görə 96,18 dollar təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,42% azalaraq 90,12 dollar təşkil edib.