Dünya bazarında neftin qiyməti zəif artım meyllərindən sonra yenidən uxuzlaşmağa başlayıb. FED.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, yeni virusun yayılması təkcə Çində deyil, bütün dünyada işgüzar aktivliyi azalda və neftə tələbatı aşağı sala bilər.
Hazırda neft ucuzlaşmaqdadır. Yanvarın 29-da London Birjasında Brent neftinin aprel ayına olan fyuçers qiyməti 0,17% artaraq 58,91 dolları yüksəlib. ABŞ-da isə WTI nefti 0,28% ucuzlaşaraq 53,33 dollara enib.
Yanvarın 30-da isə yenidən ucuzlaşma olub. Brent neftinin aprel müqavilələri üzrə qiyməti 1,72% azalaraq 57,88 dollara düşüb. WTI nefti isə 52,41 dollara enib.
Hələlik qiymətlərin azalması ABŞ-da neft hasilatının yüksək səviyyədə – sutkada 13 milyon barelə yüksəlməsi və ölkədəki neft ehtiyatlarının böyük olması ilə bağlıdır. Hazırda neft ehtiyatlarının həcmi 428,1 mln barel təşkil edir.
Amma neftin qiymətinə əlavə olaraq Çində yayılan yeni virusun da təsiri də gözlənilir.