ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Noyabrda 228 min artıb. İşsizlik nisbəti isə 4.1% olaraq 17 ilin ən aşağı səviyyəsində qalmaqda davam edib.
Proqnoz kənd təsərrüfatı xaric məşğulluğun 200 min artması, işsizliyin 4.1% qalacağı istiqamətində idi
Orta saatlıq maaşlar proqnozları qarşılamadı. Saatlıq əmək haqqı aylıq 0.3 faiz gözlənərkən 0.2% artıb, illik isə 2.5% artıb. Proqnoz 2.7% idi.
Oktyabr ayının məşğulluq göstəricisi 261 mindən 244 minə, Sentyabr göstəricisi isə 18 mindən 38 minə dəyişdirilib.
Məşğulluq göstəriciləri iqtisadiyyatın güclü tərəfi olaraq qalmağa davam edir. İnvestorlar Fed-in gələn həftə faiz artıracağına haradasa qəti gözü ilə baxır, ancaq maaşlarda sürətlənmənin olmaması 2018-ci ildə faiz gözləntiləri barədə qeyri-müəyyənlik yaradır.