Sabah, noyabrın 9-da Londonda 200 böyük sərmayəçinin və Moody's analitiklərinin iştirakı ilə "Qlobal Kredit Reytinqləri Konfransı" keçiriləcək.
FED.az xəbər verir ki, bu məlumatı "Bloomberg" agentliyi yayıb. Məlumatda bildirilir ki, konfrans çərçivəsində gələn ilin inkişaf mənzərəsini formalaşdıracaq qlobal iqtisadi trendlər və regional proseslər müzakirə olunacaq.
Moody's-in baş direktoru Yves Lemanın "Qlobal reytinqlərin 2018 görünüşü" başlıqlı açılış nitqi ilə başlayacaq konfransda Avropa regionuna aid "Avropada seçkilər", "Potensial şoklar, Brexit və Kataloniya" və "Avropa layihəsində irəliləmək" kimi məruzələr dinləniləcək.
Konfrans çərçivəsində İtaliya, İngiltərə, Fransa, üçüncü iclasda isə Orta və Şərqi Avropa, Rusiya və Türkiyə iqtisadiyyatlarının qiymətləndirilməsi nəzərdə tutulur.
Moody's bu tarixdə reytinqləri qiymətləndirəcək - TOPLANTI
09:24
8 Noy 2017