“Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən təqdim olunan “Kriptobroker platforması”nın sınaq müddəti uğurla başa çatıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminin ilk mərhələsi çərçivəsində həyata keçirilən bu layihə virtual aktivlərin alışı, satışı və saxlanılması üzrə yeni maliyyə həllini məhdud sayda istifadəçi qrupuna təqdim edib.
Sınaq müddəti 09 dekabr 2024-cü ildən başlayaraq 09 iyun 2025-ci ilə qədər davam edib. Bu dövrdə platforma istifadəçilərə:
- Virtual maliyyə aktivlərinin asan və təhlükəsiz alqı-satqısını
- Maliyyə aktivlərinin saxlanılması imkanını
- Canlı qiymət izləmə funksiyasını təqdim edib
“Kriptobroker platforması” yalnız lisenziyalaşdırılmış və tənzimlənən xidmət təminatçıları ilə əməkdaşlıq edir ki, bu da istifadəçilərin əməliyyatlarının yüksək təhlükəsizlik standartlarına uyğun icra olunmasını təmin edir.
Sınaq mərhələsinin nəticələri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən uğurlu hesab edilib və platformanın sınaq müddəti əlavə 6 ay uzadılıb.
“Unicapital İnvestisiya Şirkəti” ASC Azərbaycanın aparıcı investisiya şirkətlərindən biridir və müştərilərinə kapital bazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim edir. Şirkət innovativ texnologiyaların tətbiqi və yeni maliyyə məhsullarının inkişafı ilə ölkədə investisiya sahəsinin güclənməsinə töhfə verir.