Dünən 3.8795 ilə 3.8395 arasında hərəkət edən türk lirəsi, günü 3.8687 ilə bağlamışdı.
FED.az xəbər verir ki, dünən axşam 3.88-ə yaxınlaşan məzənnə Türkiyə ilə ABŞ rəsmilərinin görüşündən sonra açıqlanan müsbət nəticə ilə 3.86 səviyyəsinə enib.
Qeyd edək ki, dünən lirənin məzənnəsində ard-arda rekord nəticələr müşahidə olunub. Belə ki, euro/lirə 4.52 səviyyəsinə yüksələrək tarixi nəticəyə yaxınlaşıb. Swap bazarında lirə faizləri 14-ə yüksəlib. Valyuta səbəti isə rekord həddə çatıb.
Lirə dollar qarşısında ucuzlaşdı - REKORD NƏTİCƏLƏR
10:37
10 Noy 2017